Moskvada polis maşını partladılıb | VİDEO

Moskvada polis maşını partladılıb    | VİDEO
  24 Dekabr 2025    Oxunub:1029
Bu gecə Moskvanın cənubunda baş verən partlayış nəticəsində iki yol polisi əməkdaşı aldıqları yaralardan həlak olub.
AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“İstintaqın məlumatına görə, dekabrın 23-dən 24-nə keçən gecə Moskvanın Yeletskaya küçəsində iki yol polisi əməkdaşı polis maşınının yanında şübhəli şəxsi görüb. Polislər onları saxlamaq üçün yaxınlaşdıqda partlayıcı qurğu işə salınıb. Alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, eləcə də zabitlərin yanındakı bir nəfər həlak olub”, - xəbərdə deyilir.

Rusiyada daha bir general öldürülüb | VİDEO
Rusiya mətbuatı partlayışda ölən üçüncü şəxsin bombanı törədən adamın olduğunun müəyyənləşdirildiyini yazıb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi cinayət faktı üzrə cinayət işi açıb.

“Kommersant” nərinin məlumatına görə, yol polisi avtomobilinin partlaması Rusiya Silahlı qüvvələrinin əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun qətlə yetirildiyi yerin yaxınlığında baş verib. Onun avtomobili dekabrın 22-də Yasenevaya küçəsində partladılıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Moskva   polis   partlayış  



Xəbər lenti